Gənclər Təşəkilatları Milli Şurası üçün hazırlanmış video-çarx
Video-çarx BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin diskriminasiya istiqaməti çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının sifarişi əsasında hazırlanıb. Video-çarxda Azərbaycanın bölgələrində qadınlara qarşı olan diskriminasiya və bu diskriminasiya ilə mübarizənin ön plana çıxarılması hədəflənib.
Video-çarxın hazırlanması üçün əvvəlcədən komanda ilə görüş keçirilib. Beyin həmləsi aparılıb və lider qadınların siyahısı çıxarılıb. Daha sonra danışıqlar əsasında Fəridə Əzizovanın sima olmasına qərar verilib. Onun bioqrafiyası araşdırıldıqdan sonra isə suallar hazırlanıb və müsahibə çəkilib.
Hazırlanmış məhsul sifarişçi tərəfindən təsdiq olunub. Video-çarx BMT-nin Əhali Fondunun rəsmi saytında işıqlandırılıb və Avropa ictimaiyyətinin yüksək marağına səbəb olub.
Gənclər Təşkilatları Milli Şurası
2 dəqiqə 24 saniyə
12 gün
Adobe Premiere Pro, Edius Pro