``BİR`` Tələbə Könüllü Proqramının təqdimat çarxı
Layihənin sifarişçisi, sifariş müddəti, layihənin reallaşdırılma prosesi və nəticələr haqqında məlumatlar
Video-çarx təşkilatın təqdimat mərasimində nümayiş etdirilmək üçün hazırlanmışdı. Video-çarxın əsas məqsədi hədəf qrupuna təşkilat, onun fəaliyyəti, istiqamətləri haqqında məlumat vermək, tələbələri təşkilata qoşulmağa çağırmaq idi.
Video-çarxın hazırlanması üçün əvvəlcə təşkilatın idarə heyəti ilə görüşlər keçirildi, beyin həmləsi aparıldı, əsas kommunikasiya mesajları müəyyənləşdirildi. Daha sonra video-çarxın təsviri ssenarisi (story board) hazırlandı, sifarişçi ilə razılaşdırılaraq işin icrasına başlanıldı.
Hazırlanmış məhsul müştəri tərəfindən qəbul olunaraq yüksək dərəcəli dövlət rəsmiləri, biznesmenlər və tələbələrin iştirakı ilə keçirilən təqdimat mərasimində uğurla nümayiş etdirildi.
BİR Tələbə Könüllü Proqramı
2 dəqiqə 5 saniyə
17 gün
Adobe After Effects, Adobe Audition