HƏR İŞİ ÖZ PEŞƏKARI ETSİN
Yalnız peşəkarlar başqalarının işini qiymətləndirə bilər
BÖYÜK KOMANDA
Uğurlu nəticələr təsadüfi olmamalı, komandanın təcrübəsinə əsaslanmalıdır. Biz özümüzü peşəkar adlandırmırıq və ulduzlar yığması deyilik. Biz sizə lazım olan nəticəni əldə etmək üçün əlindən gələnin ən yaxşısını etməyə və daima öyrənməyə hazır olan gənc potensiallarıq.
CREATIVITY
DEVELOPMENT
MARKETING
WORDPRESS
Tarixçə
2012-ci ildə əsası qoyulub
2012-ci ildə Azərbaycanın 29 bölgəsindən 5000-dən çox gənci əhatə edən “Xətdə” Sosial Şəbəkə Akademiyası həyata keçirildi. Layihə zamanı tanış olan fəal iştirakçılar birləşərək 5 il boyunca dövlət, biznes sturkturları və qeyri-hökümət təşkilatlarında bu sahədə fəaliyyət göstərdi. Nəhayət 2017-ci ildə bu komanda üzvləri tərəfindən PART Kreativ Agentliyi yaradıldı.
Təcrübə
Beş ildə yüzdən çox layihə
Komandamız 2012-ci ildə “Step In!”, 2013-cü ildə “Mənim Prezidentim”, 2014-cü ildə “No Hate Speech Forum”, 2015-ci ildə “Bakı 2015” Avropa Oyunlarına dəstək olaraq keçirilmiş “CreaTweet” kampaniyalarının təşkilatçılarındandır.
20 Tərəfdaş
Məhsul və ya xidmətlərinin marketinq və PR işlərinin təşkilini bizə həvalə edən qurumlar
50 Layihə
Komanda üzvlərimizin bu günə qədər təşkilatçısı və ya tərəfdaşı olduğu layihələr
253 Xidmət
Tərəfdaş olduğumuz qurumlar üçün tərtib etdiyimiz və göstərdiyimiz xidmətlər
ƏSAS FƏLSƏFƏMİZ
Marketinq və PR xidmətləri müstəqil olaraq fəaliyyət göstərən sahələr deyil. Bu xidmətlər digər fəaliyyət sahələrinin bir hissəsi olduqca mövcuddur.
PART Kreativ Agentliyinin əsas fəlsəfəsi də bu hal üzərindən formalaşır. Komandamızın əsas məqsədi “part of your brand” (brendinizin bir hissəsi) şüarına sadiq qalaraq Marketinq və PR sahəsində hər bir təşkilatın əhəmiyyətli hissəsinə çevrilməkdir.
Bu istiqamətdə şirkətimiz göstərdiyi xidmətlərə kreativ yanaşaraq, fəaliyyətinin müştərilərinin büdcəsi üçün səmərəli olmasına üstünlük verir, etibarlı və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasına səy göstərir.